Daha bir futbolçumuz karyerasını Türkiyədə davam etdirə bilər. Fanat.az xəbər verir ki, 19 yaşadək futbolçulardan ibarət yığmamızın üzvü Samir Məsimov qardaş ölkədə maraq dairəsinə düşüb.
Samirlə maraqlanan klubun adı açılanmır. Yalnız onun Super Liqa təmsilçisi olduğu deyilir. Məsimovun bu klubun A2 komandasına transferi nəzərdə tutulub. Keçid baş tutsa, futbolçumuz bir müddət təcrübə topladıqdan sonra əsas komadaya yüksələ bilər.
Qeyd edək ki, 25 avqust 1995-ci ildə dünyaya gələn Samir Moskva “Lokomotiv”inin əvəzedici komandasında Sergey Polstyanovun rəhbərliyi altında çıxış edir. Rusiya klubu son dövrlər onu milli komandaya buraxmır. Hücum xəttində və yarımmüdafiənin sağ cinahında oynayan futbolçu bu səbəbdən klubunu dəyişmək istəyir.
İdman24.az