Daha bir futbolçumuz türk klubunda

Daha bir futbolçumuz türk klubunda
"Qarabağ", "Sumqayıt", "Rəvan" kimi klubların şərəfini qorumuş Emin Mustafayevin yeni klubu müəyyənləşib. Fanat.az futbol11.az saytına istinadən xəbər verir ki, gənc yarımmüdafiəçi karyerasını Türkiyənin həvəskarlar liqasında davam etdirəcək.
Belə ki, Emin “Karspor” klubuna keçib. Futbolçumuz yeni klubu ilə 1 illik müqavilə imzalayıb. Bu barədə Mustafayev özü məlumat verib.
Qeyd edək ki, "Karspor" Türkiyənin Regional Həvəskarlar Liqasının 1-ci qrupunda çıxış edir. Komanda 7 oyundan sonra 6 xalla 14 komanda arasında 13-cü yeri tutur.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər