Almaniyanın II Bundesliqasında çıxış edən "Fortuna"nın əsas heyətinə daha bir futbolçu cəlb olunub. Fanat.az xəbər verir ki, baş məşqçi Oliver Rek 21 yaşadək futbolçulardan ibarət millimizə namizəd futbolçu Eren Taşkını əsas heyətə çağırıb.
O, "Enerji Kottbus"la oyunun heyətində yer alıb. Ehtiyatda qalan Erenin matçın gedişində meydana çıxması gözlənilir.
Fanat.az