Almaniyanın Şimal-Şərq Regional Liqasında mövsümün sonuncu - XXXIV turunun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun komandası "Germaniya Halberştadt" səfərdə "Karl Zeyss" ilə qarşılaşıb.
Matç futbolçumuzun klubunun məğlubiyyəti ilə başa çatıb - 2:5. Rüfət bu matçda 90 dəqiqə meydanda olub. O, 73-cü dəqiqədə hesab 1:1 olarkən qol da vurub və komandasını hesabda önə keçirib. Amma 77, 79, 88 və 90-cı dəqiqələrdə 4 qol buraxan futbolçumuzun klubu mövsümü belə acı məğlubiyyətlə başa vurmalı olub.
Qeyd edək ki, Dadaşovun komandası mövsümü 23 xalla 18 klub arasında 17-ci pillədə başa vurub.
Fanat.az