Daha bir futbolçu Səudiyyə Ərəbistanını seçdi

Daha bir futbolçu Səudiyyə Ərəbistanını seçdi

Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Taavun” “Nant”ın müdafiəçisi Andrey Jirottonu transfer edib.

Fanat.Az xəbər verir ki, 31 yaşlı arxa xətt oyunçusu ilə 2 illik müqavilə imzalanıb.

Braziliyalı futbolçu 2017-ci ildən Liqa 1 klubunda forma geyinirdi. O, 2022/23 mövsümündə bütün turnirlər daxil olmaqla 48 oyuna çıxıb, bir qol vurub və eyni sayda məhsuldar ötürmə edib.

2023/2024 mövsümündən etibarən Kərim Benzema, Nqolo Kante, Ruben Neves, Eduard Mendi, Roberto Firmino, Fabinyo kimi futbolçular karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Kriştianu Ronaldu isə bu ilin yanvarından “Əl-Nəsr”də forma geyinir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər