Rövşən Əmiraslanov və Nenad Kiso ilə yollarını ayıran "Simurq" daha bir futbolçusu ilə vidalaşıb. Fanat.az xəbər verir ki, Orxan Səfiyaroğlu komandanı tərk edib.
Belə ki, baş məşqçi Georgi Çixradze Orxanı Antalya toplanışına aparmamışdı. Bu isə gənc futbolçunun əvəzedici komandada çıxış etməsinə səbəb olacaqdı. Belə vəziyyətlə üzləşmək istəməyən Səfiyaroğlu rəhbərliklə danışaraq komandadan ayrılıb.
Qeyd edək ki, Orxan "Simurq"da 8 oyuna çıxıb, 336 dəqiqə oynayıb və 1 qol vurub. 23 yaşlı futbolçu 2009-2013-cü illərdə AZAL-ın əsas heyətində 32 oyun keçirib və 4 qola imza atıb.
Fanat.az