Türkiyədə "Cübbeli Ahmet Hoca" kimi tanınan Ahmet Mahmut Ünlü "Teleqol" proqramından şərhçilik etmək təklifi alıb. Fanat.az xəbər verir ki, bu barədə o özü məlumat verib.
Televiziyalardan daim təklif aldığını deyən Cübbeli Ahmet Hoca "Onların dərdi reytinq toplamaqdı. Hər kanaldan təklif gəlir. Hətta "Teleqol" proqramından da çağırdılar. "Gəl derbi matçını izlə, 5 dəqiqə şərh et, 30 milyon bizə kilidlənsin" dedilər. Mən də "günah da mənə kilidlənsin" deyə qəbul etmədim" deyib.
Fanat.az