Coşua Zirkze "Yuventus" yolunda

Coşua Zirkze "Yuventus" yolunda

"Mançester Yunayted"in gənc hücumçusu Coşua Zirkzenin karyerasını İtaliyada davam etdirmə ehtimalı yaranıb.

Fanat.Az xəbər verir ki, Turin təmsilçisi "Yuventus" niderlandlı forvardın transferi ilə yaxından maraqlanır.

Məlumata görə, "Yuventus"a Zirkzeni təxminən 22 milyon funt-sterlinq (təxminən 25 milyon avro) qarşılığında transfer etmək imkanı təklif olunub.

Lakin İtaliya klubu bu keçidi maliyyə baxımından daha az riskli etmək üçün fərqli bir təklif hazırlayır. "Yuventus"un futbolçunu mövsümün sonunda satın alma opsiyası ilə icarəyə götürmək variantına daha çox üstünlük verdiyi deyilir.

Bu təklifin qəbul edilib-edilməyəcəyi isə tərəflər arasındakı gələcək danışıqlardan asılı olacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər