Milli komandamızın hücumçusu Cihan Özkara bu gün "Simurq"la müqavilə imzalaycaq. Fanat.az xəbər verir ki, Türkiyə "Sivasspor"una məxsus futbolçuyla 6 aylıq müqavilə imzalanacaq.
Özkaranın növbəti mövsüm Zaqatala təmsilçisinin sıralarında qalıb-qalmayacağı bu ilin ilk yarısındakı çıxışından asılı olacaq. Cihan özünü yaxşı tərəfdən göstərə bilsə, "Simurq" onun hüquqlarının birdəfəlik alınması üçün Sivas təmsilçisinin rəhbərliyi ilə danışıqlar masası arxasına oturacaq.
Fanat.az