Braziliya A Seriyasında mövsümü 17-ci pillədə başa vurduğu üçün aşağı liqaya düşməli olan "Fluminense" şad xəbər alıb. Fanat.az xəbər verir ki, Rio-de-Janeyro təmsilçisi gözlənilmədən A Seriyasında qalıb.
Buna səbəb sövsümü 12-ci pillədə başa vuran "Portuquesa"nın saxtakarlıq etməsi olub. Belə ki, bk komanda son turda qırmızı vərəqə cəzası olan Hevertonu meydana buraxıb. Braziliya İdman Ədalət Məhkəməsi "Portuquesa"nın 4 xalını silib. Nəticədə bu komanda B Seriyasına düşüb, "Fluminense" isə A Seriyasında qalıb.
Qeyd edək ki, "Fluminense" klubu 1921-ci ildə yaradılıb. 111 yaşlı klub tarixi ərzində 4 dəfə ölkə çempionu olub, 1 dəfə kuboku qazanıb. "Fluminense" sonuncu dəfə 2012-ci ildə ölkə çempionu alıb.
Fanat.az