"Qalatasaray"ın Çempionlar Liqasında "Real"a 1:6 hesabı ilə yenilməsinə azərbaycanlı jurnalistlər də biganə qalmadı. Həmkarımız Ceyhun Musaoğlu "Facebook" səhifəsində "Cim-Bom"un məğlubiyyəti ilə bağlı ən maraqlı statuslardan birini yazıb:
"Türk heç vaxt futbol oynaya bilməyəcək. Türkiyə futbolundakı ötəri uğurların isə futbolla əlaqəsi çox azdı, hətta yoxdu. Onlar futbol oynamırlar, müharibə aparırlar - biz sizdən yaxşı oğlanıq - müharibəsi (oxu- "yaxşı ölkəyik"). Peşəkar futbolda isə hər bir komandanın özü ayrıca ölkədi - himni var, gerbi var, prezidenti var, ərazisi var, bayrağı var... "Real Madrid" İspaniya deyil, İspaniyadan daha nəhəng ölkədi. Elə "Barselona" da. "Qalatasaray" isə həmişə Türkiyədi. elə "Fənərbaxça" da".