Canni De Byazi 2 futbolçunu heyətdən kənarlaşdırdı

Canni De Byazi 2 futbolçunu heyətdən kənarlaşdırdı

Azərbaycan yığmasının iki futbolçusu bu gün Qazaxıstana qarşı UEFA Millətlər Liqasının VI tur matçı üçün heyətdən kənarlaşdırılıb.

Fanat.Az xəbər verir ki, baş məşqçi Canni De Byazi sərəncamındakı oyunçulardan ikisinin adını iştirak ərizəsinə salmayıb.

Bunlar "Sabah" klubundan Amin Seydiyev və "Zirə"dən Qismət Alıyevdir. Alıyev V turda səfərdə Slovakiyaya 2:1 hesabı ilə qalib gəldikləri görüşdə də "23-lük"dən kənarda qalmışdı.

Milliləşdirilmiş braziliyalı Riçard Almeyda isə sarı vərəqə limiti dolduğu üçün Qazaxıstana qarşı oynamayacaq.

Qeyd edək ki, bu gün "Dalğa Arena"da oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər