"Üç saniyəyə iki qol vurmaq mümkündür, amma..." - Luis Enrike

"Üç saniyəyə iki qol vurmaq mümkündür, amma..." - Luis Enrike

PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunundan - bu gün Parisdə Dortmund "Borussiya"sına qarşı keçirəcəkləri matçdan danışıb.

Fanat.Az xəbər verir ki, UEFA-nın rəsmi saytı onun dediklərini belə çatdırıb:

"Məşqçi liderdir. O, oyunçularda özünəinam hissi yaratmalıdır. Buna nail olmaq üçün hər gün işləyirəm. İlk oyundakı kimi oynamaq istəyirik. Biz ümumiyyətlə mentalitetimizi dəyişmək fikrində deyilik. Hədəfimiz finala yüksəlməkdir. Məqsədmizə çatmaq üçün "Borussiya" kimi böyük komandadan daha yaxşı olmalıyıq. Mükəmməlləşmək həmişə mümükündür. Biz bunun üzərində işləmişik. Üç saniyəyə iki qol vurmaq mümkündür, amma bu vaxt ərzində iki qol buraxa da bilərik".

.Qeyd edək ki, tərəflərin ilk dueli Almaniya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Park de Prens"də baş tutacaq ikinci qarşılaşma Bakı vaxtı ilə 23:00-da start götürəcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər