Çempionlar Liqasında yarımfinal mərhələsi başa çatıb. Fanat.az xəbər verir ki, bu gecə ikinci yarımfinalçı müəyyənləşib.
Gecənin oyununda "Real" "Mançester Siti"ni qəbul edib. Komandalar arasında səfərdə baş tutan oyun 0:0 hesabı ilə yekunlaşmışdı. Bu dəfə "Real" 1:0 hesablı qələbə qazanaraq adını finala yazdırıb. Matçın yeganə qoluna
20-ci dəqiqədə Qaret Beyl imza atıb.
Beləliklə, iki əvvəlki final təkrlanacaq. Belə ki, 2013/14 mövsümündə Lissabonda keçirilən finalda "Real" "Atletiko"nu 4:1 hesabı ilə yenmişdi.
Qeyd edək ki, final matçı mayın 28-də Milandakı "San Siro" stadionunda "Real"dla "Atletiko" arasında baş tutacaq.
Çempionlar Liqası
Yarımfinal
Cavab oyunu
Real (İspaniya) - Mançester Siti (İngiltərə) 1:0
Qol: Qaret Beyl, 20.
Real: Keylor Navas, Pepe, Serxio Ramos, Marselo, Daniel Karvajal, Toni Kroos, Qaret Beyl, Luka Modriç, İsko, Kriştiano Ronaldo, Jese Rodriges.
Ehtiyat oyunçular: Kiko Kasilla, Rafael Varane, Danilo, Ceyms Rodriges, Lukas Vazquez, Mateo Kovaciç, Borya Mayoral.
Baş məşqçi: Zinəddin Zidan.
Mançester Siti: Co Hart, Bakari Saqna, Vinsent Kompani, Qael Klişi, Nikolas Otamendi, Fernando, Xesus Navas, Kevin De Bruyne, Fernandinyo, Yaya Ture, Serxio Aquero.
Ehtiyat oyunçular: Villi Kaballero, Aleksandar Kolarov, Eliaquim Manqala, Fabian Delp, Raheem Sterlinq, Vilfried Boni, Keleşi İheanaço.
Baş məşqçi: Manuel Pellegrini.
Hakimlər: Damir Skomina, Yure Praprotnik, Robert Vukan, Boyan Ul (Sloveniya).
Əlavə köməkçi hakimlər: Matey Yuq, Slavko Vinçiç (Sloveniya).
Madrid. “Santyaqo Bernabeu”.
Fanat.az