Buskets "Barselona"nın təklifinə şübhə edir

Buskets "Barselona"nın təklifinə şübhə edir

"Barselona"nın yarımmüdafiəçisi Serxio Buskets hələ də kataloniyalılarla müqaviləni yeniləməkdə tərəddüd edir.

Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, o, klubun təqdim etdiyi təklifə şübhəylə yanaşır. 

Müqaviləsi iyunun sonuna qədər nəzərdə tutulan futbolçuya daha bir illik müqavilə təklif edilib. Təcrübəli yarımmüdafiəçi təklifi qəbul etsə, iddiaya görə, 3-4 milyon avro qazanacaq. Ancaq o, müqavilənin müddəti və nəzərdə tutulan mükafatla razılaşmır. 

Busketsin Lionel Messi qayıdacağı halda "Barselona" ilə müqaviləsinin müddətini uzatmağa razılaşacağı bildirilir. Lakin o, vəziyyətə mümkün qədər tez aydınlıq gətirilməsini istəyir.

İspaniyalı futbolçunun MLS-dən, konkret, "İnter Mayami" və "Toronto"dan da təklifləri var.

Buskets bu mövsüm o, 34 oyuna çıxıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər