Buskets "Barselona"dan cavab gözləyir

Buskets "Barselona"dan cavab gözləyir

Bütün karyerasını "Barselona"da keçirən Serxio Buskets daha bir mövsüm klubda qala bilər. 

Fanat.Az xəbər verir ki, məlumatı jurnalist Rocer Saperas yayıb. 

Xəbərə görə, ispaniyalı yarımmüdafiəçi Kataloniya təmsilçisi ilə aşağı maaşa qısamüddətli müqavilə bağlamağa hazırdır. 

Hazırda Buskets klub rəhbərliyinin qərarını gözləyir. 

Qeyd edək ki, 2008-ci ildən "Barselona"da çıxış edən 34 yaşlı futbolçunun müqaviləsi bu ilin yayında başa çatır. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər