"Real Madrid"in cari mövsümün sonunda sıralarına qoşulacağı gözlənilən Kilian Mabppe ilə daha bir məqamla bağlı razılığa gəldiyi açıqlanıb.
Fanat.Az xəbər verir ki, məlumatı "Football-Espana" yayıb.
Xəbərə görə, Fransa millisinin forvardı İspaniya nəhənginə keçidinin rəsmiləşməsinin ictimaiyyətə nə vaxt çatdırılmasını özü müəyyənləşdirəcək.
Qeyd edək ki, daha öncə Kilianın "Kral klubu" ilə müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə bağladığı haqda informasiyalar yayılıb. Onun artıq PSJ-dəki komanda yoldaşlarına yayda iş yerini dəyişəcəyini dediyi və Madriddə özünə ev tapdığı bildirlib.
Nihat