"Bunu Noyerin özünə də yazmışam" - "Barselona"nın qapıçısı

"Bunu Noyerin özünə də yazmışam" - "Barselona"nın qapıçısı

"Barselona"nın və Almaniya millisinin qapıçısı Mark-Andre ter Ştegen yığmadakı komanda yoldaşı Manuel Noyerin zədələnməsindən danışıb.

Fanat.Az xəbər verir ki, "Kicker" onun dediklərini belə çatdırıb:

"Hazırda Manu zədəlidir. Ona şəfalar diləyir, tezliklə sağalıb əvvəlki formasını bərpa etməsini arzulayıram. Ancaq o vaxta qədər çox şey dəyişə bilər. 

Fikrimcə, son bir neçə ildə yaxşı çıxış etmişəm və indi qarşımda milli ilə bağlı yeni hədəf var. Şübhəsiz, məqsədim "Barselona"da və yığmada əsas qapıçı olmaqdır. Özümü ən yaxşı tərəfdən göstərmək və komandaya kömək etmək üçün bütün gücümü səfərbər edəcəyəm. Bu, mənim əsas hədəfimdir.

Noyer əvvəlki formasını yığa bilərmi? Məhz belə olacağına ümid edirəm. Çünki o, əla qapıçıdır. Bunu zədə alandan sonra Noyerin özünə də yazmışam və o, mənə cavab verib".

Xatırladaq ki, DÇ-2022-dən sonra dağda xizək sürərkən qəzaya uğrayan Noyer azı cari mövsümün sonuna qədər yaşıl meydanlardan kənarda qalacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər