Bundesliqanın qalibi "Jirona"nın lideri ilə güclənir - Tərəflər razılaşdılar

Bundesliqanın qalibi "Jirona"nın lideri ilə güclənir - Tərəflər razılaşdılar

"Jirona"nın yarımmüdafiəçisi Ales Qarsiya karyerasını Bundesliqada davam etdirməyə yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Florian Plettenberq yayıb

Mənbənin məlumatına görə, "Bayer" 26 yaşlı futbolçu ilə uzunmüddətli müqavilənin şərtlərini razılaşdırıb. Klublar arasında danışıqlar inkişaf mərhələsindədir. Futbolçunun transfer məbləği 15-20 milyon avro arasında müzakirə edilir.

2023/24 mövsümündə Qarsiya La Liqada 37 oyun keçirib, 3 qol vurub və 6 məhsuldar ötürmə edib, "Jironan"ın La Liqada üçüncü yeri tutmasına kömək edib. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər