Bundesliqanın lideri ispan qoleadoru transfer etdi

Bundesliqanın lideri ispan qoleadoru transfer etdi

Almaniya Bundesliqasının lideri "Bayer Leverkuzen" "Real Betis"in hücumçusu Borxa İqlesiası transfer edib. 

Fanat.Az xəbər verir ki, keçidi "Bayer" rəsmi saytı vasitəsilə yayıb.

Leverkuzen klubu 31 yaşlı oyunçunu sonradan 8 milyon avroya satın alma maddəsi ilə, mövsümün sonuna qədər icarəyə götürüb. 

Leverkuzen təmsilçisi 31 yaşlı ispaniyalı ilə əsas hücumçu Viktor Bonifasın zədələnməsinə görə müqavilə imzalayıb.

İqlesias 2019-cu ildən "Real Betis"də çıxış edir.

Bu mövsüm forvard bütün yarışlarda 18 oyun keçirib, iki qol vurub və iki məhsuldar ötürmə edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər