Bundesliqa klubundan yeni transfer

Bundesliqa klubundan yeni transfer

Almaniyanın “Ayntraxt” klubu ekvadorlu müdafiəçi Uilyam Paçonu transfer edib.

Fanat.Az xəbər verir ki, tərəflər 5 illik müqaviləyə imza atıblar.

Hazırda Belçikanın “Antverpen” komandasında çıxış edən 21 yaşlı oyunçu yeni klubuna yayda qoşulacaq.

“Ayntraxt” bu transfer üçün belçikalılara 9 milyon avro ödəyəcək. 

Paço peşəkar karyerasına Ekvadorun “İndependyente” klubunda başlayıb. Bu komandada 40 oyun keçirmiş futbolçu 2022-ci ilin əvvəlində 2.87 milyon avro qarşılığında “Antverpen”ə keçib. O, Belçika təmsilçisində də indiyə qədər 42 oyun keçirib. Paço Ekvador yığmasında da 1 oyun keçirib, debütdəcə qol vurub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər