Bundesliqa klubu onun transfer hüquqlarını da aldı

Bundesliqa klubu onun transfer hüquqlarını da aldı

Almaniyanın “Köln” klubu İtaliya “Sampdoriya”sından icarəyə götürdüyü Yulian Şabonun transfer hüquqlarını da alıb.

Fanat.Az xəbər verir ki, bu barədə Bundesliqa klubunun rəsmi saytı məlumat yayıb.

Bu keçid üçün İtaliya klubuna 2.5 milyon avro ödənilib. Almaniyadan olan 25 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Şabo 2022-ci ilin yanvarından formasını geyindiyi “Köln”də 24 oyuna 2 məhsuldar ötürmə edib. O, daha öncə “Sparta” (Rotterdam), “Qroningen” və “Spetsiya” kimi klubların da formasını geyinib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər