Bundesliqa klubu millimizin üzvü ilə yeni müqavilə imzaladı

Bundesliqa klubu millimizin üzvü ilə yeni müqavilə imzaladı
21 yaşladək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvü Barış Ekincier Almaniyanın "Bohum" klubu ilə müqaviləsinin müddətini uzadıb.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi II Bundesliqa təmsilçisi ilə 2022-ci ilin yayına qədər anlaşma imzalayıb.
Qeyd edək ki, Barış başa çatan mövsümdə əsas komandanın heyətində II Bundesliqada və Almaniya Kubokunda bir oyun keçirib. Gənc futbolçu ötən ilin dekabrında ürək əməliyyatı keçirmiş və mövsümü erkən tamamlamışdı. Milli üzvü bir müddətdi ki, məşqləri bərpa edib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər