Buffon "Yuventus"a qayıdır

Buffon "Yuventus"a qayıdır
PSJ-nin sabiq qolkiperi Canluici Buffon "Yuventus"a qayıtmağa yaxındı.
Fanat.Az xəbər verir ki, jurnalist Canluka Di Martsionun məlumatına görə, Buffon Turin klubu ilə danışıqlar aparır. O, Voyçex Şçensnının əvəzedicisi olmağa hazırdı.
Buffon 2018-ci ilin yayında azad agent kimi PSJ-yə keçmişdi. Liqa 1-də 17 matçda meydana çıxan 41 yaşlı qapıçı Paris klubunun heyətində ölkə çempionatının qalibi olmuşdu.
Qeyd edək ki, Buffon 2001-2018-ci illər aralığında "Yuventus"un qapısını qoruyub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər