Canluici Buffon sabiq komandası "Yuventus”a qayıdıb.
Fanat.Az xəbər verir ki, bu gün 41 yaşlı futbolçu Turin klubu ilə müqavilə imzalayıb. Anlaşmanın müddəti 2020-ci ilin iyun ayının 30-na qədərdi. Məlumatı klubun rəsmi saytı yayıb.
Qeyd edək ki, Buffon 17 mövsüm (2001-2018-ci illərdə) "Yuventus”da çıxış edib. O, 2018/19 mövsümünü PSJ-də keçirib.
Fanat.Az