"Yuventus"un qapıçısı Canluici Buffonun meneceri Silvino Martina müştərisinin gələcəkdə məşqçi olacağına inanır.
Fanat.Az Goal.com-a istinadən xəbər verir ki, Martina açıqlamasında qeyd edib:
"Məncə, Canluici məşqçi olmalıdı. O, futbolu əla başa düşür və paltardəyişmə otağını idarə etmək üçün lazımi təcrübəyə sahibdi.
"Yuventus"u çalışdıra bilərmi? Məncə, hə. Buffonun digər qolkiperlərdən bir fərqi var: o, hər şeyi sadələşdirir. Bu, təbiətin hədiyyəsidi".
Qeyd edək ki, 42 yaşlı Buffon "Yuventus"la müqaviləsini bir il müddətinə uzadıb.
Fanat.Az