Portuqaliya Sequndasında XX tura yekun vurulub. Fanat.Az xəbər verir ki, həmyerlimiz Budaq Nəsirovun şərəfini qoruduğu “Sportinq B” növbəti oyununu keçirib.
Lissabon təmsilçisi səfərdə “Akademika Koimbra”yla qarşılaşıb. Budağın 46-cı dəqiqədə meydana çıxdığı oyun minimal hesabla meydan sahiblərinin qələbəsiylə nəticələnib. Nəsirov qarşılaşmanın 49-cu dəqiqəsində sarı vərəqə alıb.
Qeyd edək ki, 20 turdan sonra hesabında 25 xal olan “Sportinq” 22 komanda arasında 13-cü pillədə yer alıb.
Fanat.Az