Budaq Nəsirov oynadı, "Sportinq" uddu

Budaq Nəsirov oynadı, "Sportinq" uddu
Həmyerlimiz Budaq Nəsirovun şərəfini qoruduğu "Sportinq B" Portuqaliya sequndasında növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Nəsirovun komandası doğma meydanda "Leyjoyes"i qəbul edib və matçın sonunda 2:1 hesablı qələbə qazanıb. Baş məşqçi bu görüşdə də Budağa şans verib. Belə ki, təmsilçimiz fasilədən sonra meydana daxil olub 90 dəqiqənin sonunacan oynayıb.
Bu oyundan sonra hesabında 17 xal olan "Sportinq B” 22 komanda arasında 9-cu pillədə qərarlaşıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər