"Real Madrid"in iki futbolçusu - İsko və Qaret Beyl mövsümün sonunda paytaxt klubunu tərk etməyə hazırlaşırlar.
Fanat.Az xəbər verir ki, informasiyanı "Twitter" hesabı üzərindən tanınmış insayder Nikolo Skira yayıb.
O, "Real" müqavilələrinin müddəti bu ilin yayında bitəcək futbolçuların İspaniya nəhəngindən yeni təklif almadıqlarını vurğulayıb. Hər iki oyunçunun bir neçə variantı olduğunu bildirən insayder İsko ilə Beylin La Liqanın lideri ilə azad agent qismində vidalaşmağı hədəflədiklərini bildirib.