Bu yay bir çox ulduz futbolçunun transferi müzakirə olunsa da, hələlik gözlənilən keçidlər baş tutmayıb. İndiyədək baş tutmuş ən bahalı transfer Romelu Lukakudur. Belçikalı ulduz "Everton"dan "Mançester Yunayted"ə 85 milyon avroya keçib.
Bəs bu yay baş tutması gözlənilən hansı bahalı transfer var? Fanat.Az ən bahalı 10 futbolçunu təqdim edir.
Kilian Mbappe (Monako)
İstəyən klublar: Real, Mançester Yunayted
Dəyəri: 100 milyon avro
Marko Verratti (PSJ)
İstəyən klub: Barselona
Dəyəri: 100 milyon avro
Harri Kin (Tottenhem)
İstəyən klublar: Real, Mançester Yunayted,
Dəyəri: 100 milyon avro
Dieqo Kosta (Çelsi)
İstəyən klublar: Tianjin Quanjian, Atletico, Besiktas
Dəyəri: 100 milyon avro
Andrea Belotti (Torino)
İstəyən klublar: Mançester Yunayted, Arsenal, Çelsi, Milan
Dəyəri: 100 milyon avro
Filip Kounti (Liverpul)
İstəyən klub: Barselona
Dəyəri: 90 milyon avro
Eden Hazard (Çelsi)
İstəyən klublar: Mançester Yunayted, PSJ
Dəyəri: 70 milyon avro
Pyer Emerik-Aubameyanq (Borussiya Dortmund)
İstəyən klublar: Real, Milan
Dəyəri: 65 milyon avro
Aleksis Sançes (Arsenal)
İstəyən klub: Bavariya
Dəyəri: 65 milyon avro
Serxio Aquero (Mançester Siti)
İstəyən klub: Arsenal
Dəyəri: 65 milyon avro
Fanat.Az