Bu transfer "Real"a 95 milyona başa gəlib - Faktlar açıqlandı

Bu transfer "Real"a 95 milyona başa gəlib - Faktlar açıqlandı
Futbol dünyasının sirrlərini açıqlayan "Fottball Leaks" daha bir sirri ifşa edib. Fanat.az xəbər verir ki, sayt Toni Kroosun müqaviləsini yayımlayıb.
Müqavilədə maraqlı məqamlar var. Belə ki, "Real" alman futbolçuya 300 milyon avro qiymət qoyub. Kroos hansısa kluba keçmək istəsə bu məbəğ ödənməlidi. "Real" onu özü satmaq istədiyi halda isə qiyməti klub müəyyənləşdirəcək.
2014-cü ildə "Real"a keçən futbolçu ilk ilində 11 milyon 320 min 755 avro alıb. Sonrakı 5 il üçün isə 10 milyon 909 min 91 avro müəyyənləşdirilib. Kroosun maaşı hər ilin 10 yanvar və 10 iyul tarixlərində ödənilir. 
Beləliklə, futbolçu 6 ildə ümumilikdə 65 milyon 866 min 210 avro qazanacaq. "Bavariya"ya ödənən 25 milyon avroluq transfer haqqını və bonusları da nəzərə alsaq, Toni "Real"a 95 milyon avroya başa gəlib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər