Bu transfer dünyanı şoka salacaq

Bu transfer dünyanı şoka salacaq

Joze Mourinyonu baş məşqçi postuna gətirən "Mançester Yunayted"lə bağlı daha bir iddia ortaya atılıb. Fanat.az xəbər verir ki, Mançester klubu Qaret Beyli heyətinə qatmaq istəyir.

Avropa mediasının məlumatına görə, Mourinyo "Real"da rəhbərliyi altında oynamış uelsli ulduzun transferində israrlıdı. İddia olunur ki, "Mançester Yunayted" Beyl üçün İspaniya klubuna 120 milyon avro təklif etmək niyyətindədi.

Bundan əvvəl isə "Mançester Yunayted"in Paul Poqbanı transfer etmək istəydiyi deyilirdi. Hətta "qırmızı şeytanlar"ın buna görə "Yuventus"a 100 milyon avro təklif etdiyi deyilirdi.

Qeyd edək ki, "Real" 2013-cü ildə "Tottenhem"dən aldığı Beylin transferinə bonuslarla birlikdə 101 milyon avro xərcləyib. Hazırda "Transfermarkt" ona 80 milyon avro qiymət qoyub. Başa çatan mövsümdə 31 rəmsi oyuna çıxan uelsli futbolçu 20 qol vurub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər