Bu transfer dünyanı sarsıdacaq - 400 milyon avro

Bu transfer dünyanı sarsıdacaq - 400 milyon avro
"Real"ın prezidenti Florentino Peresin Neymar israrı davam edir. Fanat.az xəbər verir ki, klub rəhbəri "Barselona"lı Neymarı Madridə gətirmək üçün bütün fədakarlıqlara hazırdı.
İddiaya görə, Peres futbolçuya 5 illik müqavilə və illik 35 milyon maaş təklif edəcək. "Real" rəhbərliyi Neymarın atasını razı salmaq üçün ona 30 milyon avro imza haqqı ödəməyə hazırdı. Bununla da futbolçunun təkcə özünə 205 milyon avro ödənəcək.
Neymar razılaşacağı halda "Barselona"nı razı salmaq lazım gələcək. Bunun üçün isə 195 milyon transfer haqqı lazımdı. Beləliklə, "Real" braziliyalı futbolçuya 400 milyon avro xərcləyəcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər