Bu transfer baş tutsa, dünya silkələnəcək - Fantastik maaş

Bu transfer baş tutsa, dünya silkələnəcək - Fantastik maaş

Avropa macərasına son qoyaraq Argentinaya dönən Karlos Tevez vətənində karyerasını bitirmək planlarını təxirə sala bilər. Fanat.Az xəbər verir ki, buna səbəb onun olduqca cəlbedici təklif alması olub.

Hazırda "Boka Xuniors"da çıxış edən 32 yaşlı forvardın Kriştiano Ronaldo və Lionel Messini keçərək dünyanın ən çox qazanan futbolçusu olmaq imkanı var. İddialara görə, Çinin "Şanxay Şenhua" klubu ona illik 40 milyon avro maaş təklif edir. 

"Şanxay Şenhua"nın prezidenti Vu Xiaohui Karlos Tevezi transfer etmək istəkdiklərini təsdiq etsə də, məbləğ açıqlamayıb: "Tevezin transferi üçün çalışırıq. Amma səbəblərə görə hələ anlaşa bilməmişik. "Boka Xuniors"la bağlı bir neçə problem var".

Qeyd edək ki, Tevez "Boka Xuniors"da başladığı karyerası ərzində Braziliyanın "Korintians", İngiltərənin "Vest Hem",  "Mançester Yunayted", "Mançester Siti" və İtaliyanın "Yuventus" klublarında çıxış edib. Onun üçün indiyədək ən çox transfer haqqını "Mançester Siti" ödəyib. "Şəhərlilər" argentinalını 2009-cu ildə "Vest Hem"dən 29 milyon avroya alıb. 2015-ci ildə "Yuventus"dan "Boka Xuniors"a 6,5 milyon avroya gedən futbolçuya hazırda "Transfermarkt" 8,5 milyon avro qiymət qoyub.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər