"Mançester Yunayted"in sabiq futbolçusu Roy Kin sabiq komandasının Premyer Liqanın 27-ci turunda "Mançester Siti" ilə oyunundan (1:3) sonra mankunianları tənqid edib.
Fanat.Az xəbər verir ki, "BBC Sport" veteran futbolçunun dediklərini belə çatdırıb:
“Belə desək, kişilərin oğlanlara qarşı oyunu oldu. Bizimkilər yorulub dayandılar və səhvləri sıraladılar. Biz 4 və ya 5 qol da buraxa bilərdik. "Mançester Yunayted" liqada 11 matçda məğlub olub. Bu, qorxunc statistikadır. ”, -
"Mançester Yunayted"in növbəti oyunu martın 9-da evdə "Everton"a qarşı olacaq.