"Bu oyunda qələbə qazanmalıydıq, amma..." - "Liverpul"un yarımmüdafiəçisi

"Bu oyunda qələbə qazanmalıydıq, amma..." - "Liverpul"un yarımmüdafiəçisi

"Liverpul"un yarımmüdafiəçisi Xarvi Elliott İngiltərə Premyer Liqasının 31-ci turunda səfərdə "Mançester Yunayted"ə qarşı keçirdikləri oyundan danışıb.

Fanat.Az xəbər verir ki, onun dediklərini mersisaydlıların rəsmi saytı belə çatdırıb:

"Bu görüşdə üç xal qazanmalı idik. Amma məncə, oyunun gedişatını da yada salmaq lazımdır. Axı biz hesabda geridə idik. Uşaqlar xarakter nümayiş etdirdilər, sona qədər mübarizə apardılar və ikinci qolu vurdular. Şübhəsiz, üç xal qazanmaq istəyirdik, amma 1 xal xalsız qalmaqdan yaxşıdır. Qalib gəlmək üçün imkanlarımız oldu. Amma bu oyunda bizdə son addım - həlledici ötürmə və ya zərbə çatışmadı".

Qeyd edək ki, 31 tura 71 xal toplayan "Liverpul" İPL-in turnir cədvəlində 2-ci, 49 xala malik MY isə 6-cı pillədə mövqe tutub.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər