Bu ölkədə bütün futbol matçları azarkeşsiz keçiriləcək

Bu ölkədə bütün futbol matçları azarkeşsiz keçiriləcək
Misirin Daxili İşlər Nazirliyi futbolla bağlı ilginc qərar qəbul edib. Fanat.az xəbər verir ki, nazirlik mövsümün sonunadək ölkədə oynanılacaq bütün futbol matçlarının azarkeşsiz keçirilməsinə qərar verib.
Daxili işlər nazirinin müavini Əşrəf Abdullah, "CBC Extra"ya açıqlamasında bildirib ki, nazirlik Misir çempionatının, Afrika Çempionlar Liqasının və Afrika Birliyi Kubokunun matçlarında azarkeşlərin stadiona buraxılmasını qadağan edib. Abdullah bu qərarın stadionlarda təxribat yaratmaq istəyən şəxslərin azarkeşlərin arasına sızacağı ilə bağlı aldıqları informasiyaların təsdiqlənməsindən sonra verildiyini bildirib.
Nazirlik rəsmisi "Ez-Zamalik" klubunun azarkeş qrupunun üzvlərindən Anqolanın "Kabuscorp" klubu ilə oyundan öncə çox sayda molotof kokteyli və digər yandırıcı maddələr müsadirə etdiklərini deyib. Abdullah Misir millisinin oyunlarına azarkeşlərin buraxılıb-buraxılmayacağı ilə bağlı suala da cavab verib. O, bildirib ki, yığmanın oyunlarında təhlükəsizlik tədbirləri güclü olduğundan belə qərar verilməyəcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər