Bu klub 4 transferə 491 milyon manat ayırdı

Bu klub 4 transferə 491 milyon manat ayırdı
"Mançester Yunayted" transfer siyasətini dəyişib. Fanat.az xəbər verir ki, rəhbərlik gələn mövsüm üçün sırf hücum futbolu sərgiləyən komanda qurmaq istəyir.
Bu mövsüm 24 oyunda 20 qol vuran komandaya yayda 4 futbolçu transfer olunacaq. Bunlardan biri "Latsio"da çıxış edən Felipe Anderson olacaq. "Daily Star"ın xəbərinə görə, "Mançester Yunayted" bu transfer üçün "Latsio"ya 35 milyon funt-sterlinq (təxminən 80 milyon manat) təklif edəcək.
"Qırmızı-şeytanlar"ın hədəfindəki digər futbolçu Sadio Manedi. "Sautqempton"un bu futbolçu üçün 30 milyon funt-sterlinqdən (təxminən 69 milyon manat) az təklifə razılaşmayacağı bildirilir. Onunla "Çelsi" və "Bavariya" da maraqlanır.
"Borussiya" (Dortmund) forması ilə bu mövsüm meydana çıxdığı 28 oyunda 27 qol vuran Pyer-Emerik Aubameyanq da "Mançester Yunayted"in hədəfindədi. İngiltərə klubu qabonlu hücumçu üçün 50 milyon funt-sterlinq (təxminən 114 milyon manat) ödəməlidi.
Təbii ki, "Mançester Yunayted"in Qaret Beyl arzusu da bitməyib. Siyahıdakı 4-cü və əsas futbolçu "Real"ın uelsli ulduzudu. "Qırmızı-şeytanlar" onun üçün 100 milyon funt-sterlinqdən (təxminən 228 milyon manat) keçməlidi. 
Beləliklə, "Mançester Yunayted" bu 4 transferə 215 milyon funt-sterlinq (təxminən 491 milyon manat) ödəməlidi. 
Qeyd edək ki, Premyer Liqa klubu 10 illik sponsorluq müqaviləsi imzalayıb. Bu müqavilə kluba 750 milyon funt-sterlinq (1 milyard 712 milyon 475 min manat) xeyir verəcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər