Bu gün Avropada "transfer pəncərəsi" bağlanır

Bu gün Avropada "transfer pəncərəsi" bağlanır

Bu gün Avropada 2024/2025 mövsümünün yay "transfer pəncərəsi"nin sonuncu günüdür.

Fanat.Az məlumat verir ki, sabahdan etibarən Avropanın aparıcı 5 liqasında yer alan klublar transfer həyata keçirə bilməyəcəklər.

"Böyük beşlik"də "transfer pəncərəsi"nin bağlanma vaxtlarını təqdim edirik:

Almaniya – 30 avqust, Bakı vaxtı ilə saat 20:00; İtaliya – 30 avqust, Bakı vaxtı ilə saat 22:00; Fransa – 31 avqust, Bakı vaxtı ilə saat 1:00; İspaniya – 31 avqust, Bakı vaxtı ilə saat 2:00; İngiltərə – 31 avqust, Bakı vaxtı ilə saat 2:00.

Xatırladaq ki, Avropada qış transfer pəncərəsi 2025-ci il yanvarın 1-2-i tarixlərində açılacaq və 3-4 fevral tarixlərinə qədər davam edəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər