Bu futbolçu üçün "Barselona"dan 80 milyon istədilər

Bu futbolçu üçün "Barselona"dan 80 milyon istədilər

PSJ "Barselona"nın heyətinə qatmaq istədiyi Marko Verrattiyə qiymət qoyub. Fanat.Az xəbər verir ki, bu barədə Kataloniyada nəşr olunan "Sport" qəzeti məlumat yayıb.

Məlumatda bildirilir ki, "Barselona" Andres İnyestadan sonrakı dönəm üçün Marko Verrattini transfer etmək istəyir. Kataloniyalılar bu məqsədlə PSJ-yə müraciət edib. Paris klubu isə bu futbolçu üçün 80 milyon avro istəyib.

Qeyd edək ki, PSJ 24 yaşlı italyan futbolçunu 2012-ci ildə "Peskara"dan 12 milyon avroya alıb. Onun xidmətində "Barselona"dan başqa "Real" və "Yuventus"un da maraqlı olduğu bildirilir.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər