Bu futbolçu dəlidi?

Bu futbolçu dəlidi?
Hər futbolçunun arzusu milli komandanın formasını geyinmək, dünya çempionatı kimi böyük turnirdə çıxış etməkdi. Amma deyəsən "Real Sosyedad"ın meksikalı futbolçusu Karlos Velanın belə arzusu yoxdu.
Fanat.az xəbər verir ki, hücumçu heç bir futbolçunun arzulmadığı bir istəklə Meksika Futbol Federasiyasına müraciət edib. Belə ki, Vela Braziliyada keçiriləcək dünya çempionatına qatılmaq istəmədiyini bildirib və adının millinin heyətinə salınmamasını xahiş edib. Futbolçu istəyini mundiala mənəvi cəhətdən hazır olmaması ilə əsaslandırıb.
Bu barədə xəbəri Meksika Futbol Federasiyası xəbəri rəsmi saytı vasitəsi ilə yayıb. Hətta millinin baş məşqçisi Migel Herrera və federasiya rəsmiləri onunla danışmaq üçün İspaniyaya yollanıb. Lakin Velanı fikirindən döndərmək mmükün olmayıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər