"Bu elə klubdur ki, hamı səndən danışır" - Lamin Yamal

"Bu elə klubdur ki, hamı səndən danışır" - Lamin Yamal

"Barselona"nın 16 yaşlı futbolçusu Lamin Yamal açıqlama verib.

Fanat.Az-ın məlumatına görə, "Marca" onun dediklərini belə çatdırıb:

"Barselona"da oynayırsansa, səni hər matçda dolu tribunalar önündə mübarizə gözləyir. Bu elə klubdur ki, hamı səndən danışır. Sənə lazım olan isə, bunun bir oyun olduğunu anlamaq və zövq almağa çalışmaqdır".

Qeyd edək ki, "Barselona"nın öz yetirməsi olan Yamal ötən ilin  yayından əsas komandada çıxış edir. Cari mövsüm "blauqrana" foması ilə ümumilikdə 37 matça çıxan vunderkind 6 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər