"Mançester Siti" transfer bombasını partlatmağa hazırlaşır. Fanat.az xəbər verir ki, Pep Qvardiolanın başçılıq etdiyi komanda Con Stonesi heyətinə qatmağa yaxındı.
Məlumata görə, "Mançester Siti" futbolçu üçün "Everton"a ikinci təklifini verib. 60 milyonluq təklifin qəbul edildiyi bildirilir.
Qeyd edək ki, "Everton" Con Stonesi 2013-cü ildə "Barnli"dən 3.5 milyon avroya transfer edib. Hazırda "Transfermarkt" ona 28 milyon avro qiymət qoyub. 22 yaşlı müdafiəçi ötən mövsüm 41 rəsmi oyunda meydana çıxıb.
Fanat.az