Bu baş verməsə, "Yuventus" Vlahoviçi satacaq

Bu baş verməsə, "Yuventus" Vlahoviçi satacaq

Yuventus" serb hücumçusu Duşan Vlahoviçi sata bilər.

Fanat.Az xəbər verir ki, məlumatı "Corriere dello Sport" yayıb.

Xəbərə görə, 24 yaşlı oyunçu İtaliya təmsilçisi ilə müqavilə yeniləməyəcəyi halda, 2025-ci ilin yayında satılacaq.

Duşanın indiki müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub. 

Qeyd edək ki, Vlahoviç cari mövsüm bütün turnirlərdə 9 oyuna çıxaraq 7 qol və 1 məhsuldar ötürmə müəllifi olub. "Transfermarkt" portalı onun transfer qiymətini 65 milyon avro ilə dəyərləndirir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər