"Bu adam "Mançester Siti"nin növbəti baş məşqçisidir" - Pep Qvardiola

"Bu adam "Mançester Siti"nin növbəti baş məşqçisidir" - Pep Qvardiola

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola kimi öz yerində gördüyünü açıqlayıb.

Fanat.Az xəbər verir ki, informasiyanı "The Telegraph" yayıb.

Xəbərə görə, ötən mövsüm, İngiltərə Premyer Liqasının 32-ci turu çərçivəsində "şəhərlilər"in "Brayton"a qarşı keçirdiyi matçda Pep rəqib komandanın çalışdırıcısı Roberto De Dzerbini yüngülcə itələyərək belə deyib: "Bu adam "Mançester Siti"nin növbəti baş məşqçisidir".

Xatırladaq ki, De Dzerbi ötən ilin sentyabrından "Brayton"u çalışdırır. Qvardiola 2016-cı ildən indiki postundadır.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər