Braziliyalı vunderkind "Barselona" ilə anlaşdı

Braziliyalı vunderkind "Barselona" ilə anlaşdı

Braziliyanın "Atletiko Paranaense" klubunun gənc futbolçusu Vitor Roke "Barselona"ya keçmək üzrədir. 

Fanat.Az xəbər verir ki, informasiyanı insayder Fabritsio Romano yayıb. 

"Barselona" uzun müddətdir izlədiyi 18 yaşlı superi stedadla müqavilə bağlamağa yaxındır. 

Mənbənin məlumatına görə, "Barselona" Rokenin hazırkı klubu ilə transfer məsələsində razılığa gəlib. Razılığa əsasən, hücumçu 2024-cü ilin yanvarında Kataloniya təmsilçisinin heyətinə qoşulacaq. "Barselona" bu müqavilə üçün 35 milyon avro ödəyəcək. Bundan əlavə, Braziliya klubuna əlavə bonuslar da ödənilə bilər. 

Vitor Roke 2022-ci ildə debüt etdiyi "Atletiko Paranaense"də 61 matça çıxaraq 17 qol vurub və 8 məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər