"Barselona"dan təklif alan Paulinyo qərarını verib. Fanat.Az xəbər verir ki, braziliyalı futbolçu "Quanqzu Everqrande" klubundan getmək üçün icazə istəyib.
"Barselona" ona görə əvvəlcə 20, sonra 25 milyon avroluq təklif göndərsə də, çinlilər qəbul etməmişdi. Amma braziliyalı futbolçu özü Kataloniyaya gəlmək istəyir və bu istəyini klub rəhbərliyinə bildirib.
O, bu barədə "El Mundo Deportivo"ya açıqlamasında bildirib. Paulinyonun müqaviləsində 40 milyon avro sərbəst qalma maddəsi var. Futbolçu açıqlamasında bildirib ki, rəhbərlikdən biraz güzəşt istəyib: "Klub prezidenti ilə hələlik görüşmək fürsətim olmayıb. Amma "Barselona"dan növbəti təklif gələcəyi halda güzəşt edəcəklərinə inanıram. Bundan əvvəl də "Barselona"dan təklif almışdım, amma transferim baş tutmadı. Bu dəfə fürsəti əldən vermək istəmirəm".
Pulun özü üçün heç bir əhəmiyyət kəsb etmədiyini bildirən Paulinyo "Rusiyadan da astronomik təkliflər almışam. Amma ora getmədim. Karyeramı ən yaxşı şəkildə davam etdirmək istəyirəm. "Barselona" ilə Çempionlar Liqasını qazanmaq əla olardı".
Fanat.Az