Braziliyalı futbolçu Səudiyyə Ərəbistanı klubunda

Braziliyalı futbolçu Səudiyyə Ərəbistanı klubunda

Braziliya millisinin futbolçusu Renan Lodi Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Hilal”a keçib.

Fanat.Az xəbər verir ki, sözügedən klub sol cinah müdafiəçisini Fransanın “Olimpik” (Marsel) komandasından transfer edib.

Transfer “Əl-Hilal”a 23 milyon avroya başa gəlib. 25 yaşlı oyunçu yeni klubu ilə 3,5 illik müqavilə bağlayıb.

Lodi bu mövsüm Marsel klubunun heyətində bütün turnirlərdə 23 oyun keçirib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər