Braziliyalı futbolçu rəsmən "Xəzər Lənkəran"da

Braziliyalı futbolçu rəsmən "Xəzər Lənkəran"da
"Xəzər Lənkəran" Tyeqo ilə münasibətləri rəsmiləşdirib. Fanat.az xəbər verir ki, Lənkəran klubu  braziliyalı müdafiəçi ilə növbəti mövsümün sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Qeyd edək ki, tam adı Villian Tyeqo de Xesus olan futbolçunun son iş yeri "Fiqueyrense" olub. 27 yaşlı mərkəz müdafiəçisi B Seriyası klubunun heyətində 43 oyuna çıxıb və 4 qol vurub.
Tyeqo karyerasına "Serqipe"də başlayıb. 2007-ci ildə "Qremio"ya keçən futbolçu 2012-ci ilədək bu kluba məxsus olub. Braziliya A Seriyası və Libertadores kubokunda 50-dən artıq oyuna çıxıb. Mərkəz müdafiəçisi 2010-cu ildə Yaponiyanın "Kyoto Sanqa" (11 oyun), 2011-də Braziliyanın "Bahiya" (21 oyun), 2012-də "Ceara" (31 oyun, 1 qol) klublarına icarəyə verilib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər