Braziliyalı futbolçu "Xəzər Lənkəran"a gəlmədi

Braziliyalı futbolçu "Xəzər Lənkəran"a gəlmədi
Bolqarıstan ÇSKA-nın braziliyalı yarımmüdafiəçisi Marsinyonun “Xəzər Lənkəran”a keçidi baş tutmayıb. Fanat.az xəbər verir ki, Sofiya klubunun 250 min avroluq istəyinə cənub klubu “yox” deyib. 
Qeyd edək ki, tam adı Marsio de Souza Qreqorio Junior olan 27 yaşlı hücuma meyilli yarımmüdafiəçi ötən qışdan ÇSKA-nın formasını geyinir. Bu müddətdə 34 oyuna çıxan futbolçu 9 qol vurub. Marsinyo əvvəllər Braziliyanın "Volta Redonda", "Brasiliense", "Noroeste", "Korintians", "Botafoqo-SP", "Braqantino", "İtumbiara", "Quaratinqueta" və Cənubi Koreyanın "Qyeonqnam" klublarında forma geyinib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər